Azərbaycan gömrük məntəqələrində post-audit sistemi tətbiq edəcək

13:52 | 31.05.2016
Azərbaycan gömrük məntəqələrində post-audit sistemi tətbiq edəcək

Azərbaycan gömrük məntəqələrində post-audit sistemi tətbiq edəcək

Bu sistem mavi və sarı dəhlizlərdə yüklərin yoxlanılması zamanı tətbiq olunacaq

Azərbaycanın gömrük sərhəd məntəqələrindəki "mavi" və "sarı" dəhlizlərdə yüklərin yoxlanılması zamanı post-audit sistemi tətbiq ediləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, "yaşıl" dəhlizdə də post-audit xidməti tətbiq edilə bilər:

"Qaydalara görə, "yaşıl" dəhlizdə 10%-ə qədər, "mavi" və "sarı" dəhlizlərdə isə 50%-ə qədər post-audit tətbiq edilə bilər. "Qırmızı" dəhlizdə isə bütün gömrük qaydaları tətbiq olunacaq".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM