Azərbaycan-İran sərhədində son vəziyyət - VİDEO

12:37 | 24.02.2020
Azərbaycan-İran sərhədində son vəziyyət - VİDEO

Azərbaycan-İran sərhədində son vəziyyət - VİDEO

Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində koronavirus təhlükəsi ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi davam edir. 

Baku TV xəbər verir ki, sərhəddən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfdən isə İran vətəndaşlarının keçidinə icazə verilir. 

Bundan başqa, Naxçıvan Muxtar Respublikasına gedən vətəndaşlar koronavirus təhlükəsi ilə bağlı məlumatlandırıldıqdan sonra keçidə icazə verilir. 

Qeyd edək ki, Biləsuvar gömrük-sərhəd məntəqəsində görülən tədbirlər profilaktik xarakter daşıyır. Bundan əlavə, Məşhəd şəhərinə gedən zəvvarlar, əsasən, Biləsuvar keçid məntəqəsindən istifadə edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb