Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş əsgər Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu bildirilən meyitin qaytarılması ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.
İstiPress-in məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
23 noyabr 2017-ci il tarixdə Ermənistan – Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində tapılan meyitin 27 sentyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş əsgər Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu ehtimal edilir: "Meyitin qaytarılması ilə bağlı müvafiq prosedurlara uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib",- deyə məlumatda vurğulanır.
Qeyd edək ki, mediada Bəhrüz Cəlilbəylinin biri zabit olmaqla 3 hərbçini öldürdüyü barədə məlumat yayılmışdı. Hadisənin sentyabr ayında baş verdiyi qeyd olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !