Azərbaycan nefti 40 dollardan aşağı düşdü

09:23 | 04.04.2016
Azərbaycan nefti 40 dollardan aşağı düşdü

Azərbaycan nefti 40 dollardan aşağı düşdü

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,07 dollar yaxud 5,01% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 39,22 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM