Azərbaycan Silahlı Qüvvələr gününü qeyd edir

00:21 | 26.06.2017
Azərbaycan Silahlı Qüvvələr gününü qeyd edir

Azərbaycan Silahlı Qüvvələr gününü qeyd edir

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.
 
APA-nın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.
 
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.
 
Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.
 
Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM