Azərbaycan subsidiyaların verilməsi qaydalarını dəyişdirəcək

14:32 | 15.04.2015
Azərbaycan subsidiyaların verilməsi qaydalarını dəyişdirəcək

Azərbaycan subsidiyaların verilməsi qaydalarını dəyişdirəcək

Azərbaycanda fermerlərə subsidiyaların verilməsi qaydaları dəyişdiriləcək. Hazırda məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq mütəxəssislərlə bu istiqamətdə ixtisaslaşma prosesinə başlayıb.
 
Bu barədə "Report"a Nazirliyin icmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə məlumat verib.

Onun sözlərinə görə, subsidiyaların verilməsi ilə bağlı dünya təcrübəsini öyrənərkən, əsasən Türkiyə və Avropa ölkələrinin təcrübəsi araşdırılıb: "Düşünürük ki, subsidiyalarda ünvanlılığın daha çox yüksəldilməsi, regionlar üzrə ixtisaslaşması bəlkə daha yaxşı olar. Yəni, regionlar üzrə ixtisaslaşma əmsallarının müəyyənləşdirilməsinə dair təkliflərin verilməsi kimi ideyaların üzərində axtarışlar gedir. Biz istəyirik ki, bütün regionlar, məhsullar üzrə ixtisaslaşma əmsalları müəyyənləşdirilsin. Odur ki, bu il ərzində ixtisaslaşma, növbəti illərdə regionlar üzrə bölünməsi işləri aparılacaq".

F.Fikrətzadə deyib ki, ölkədə subsidiyaların verilməsində yeni qaydaların tətbiqi üçün öyrənilən Türkiyə təcrübəsinə görə, bəzi məhsullara subsidiyalar müəyyən regionlar üzrə verilir: "Azərbaycanda da bu təcrübənin tətbiq edilməsi üçün ixtisaslaşma, ciddi əsaslandırılmalar reallaşdırılmalı, əmsallar ortaya çıxarılmalıdır".

Qeyd edək ki, bu istiqamətdə araşdırmaların cari ilin sonuna kimi yekunlaşdırılması və daha sonra müzakirələrə başlanılması nəzərdə tutulub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM