Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb

09:50 | 19.05.2015
Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb

Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb

Bu gün mayın 18-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 19-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0006 manat və ya 0,06% bahalaşaraq 1,0477 manat olub.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0127 manat və ya 1,06% ucuzlaşaraq 1,1969 manat olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM