Azərbaycanda ektrasenslərə ən çox kimlər müraciət edir? - AÇIQLAMA

15:00 | 05.12.2014
Azərbaycanda ektrasenslərə ən çox kimlər müraciət edir? - AÇIQLAMA

Azərbaycanda ektrasenslərə ən çox kimlər müraciət edir? - AÇIQLAMA

İlqar Əliyev: Mən sağalmaz xəstələri müalicə edirəm 

İlqar Əliyev 1960-ci ildə anadan olub. Texniki İnstitutu bitirib. Ailəlidir, 2 övladı var. Hal-hazırda ekstrasensliklə məşğuldur.

Ekstrasens İlqar Əliyev özü haqda danışarkən, yəni bu ekstrasensliyin onda nə vaxtdan yaranmasından danışarkən qeyd etdi ki, 4 yaşlı bir uşağın yaşına uyğun olmayan şəkillər çəkməsi, fikirlərini rəsmlərlə ifadə etməsi nəinki ailədə, həmçinin qohumlar arasında da marağa səbəb olmuşdu. 

"Artıq sonrakı illərdə özüm haqqında gələcək fikirləri söyləməyim, gələcək haqda nə deyirdimsə həmin illərlə üst-üstə düşməsi ailəmdə marağa səbəb oldu. Hətta mənə müraciətlər olunmağa başladı, təbii ki, bu, biraz sonralar oldu. Artıq ətrafdakı insanların mənə müraciət etməsi, fikirlərimlə maraqlanması bu sahəyə məndə daha çox maraq oyatdı. 

1973-cü ildə təsadüfən anamın ayaqları ağradı və o ağlamağa başladı. Mən bundan pis oldum, əlimi anamın ayaqlarına tutdum və təəccüb elədi ki, ağrı birdən birə yox oldu. Bu, birinci dəfə idi, ola bilərdi ki, bu mənim daha çox istəyimdən olsun. Sonradan yenə müraciət elədi, yenə əlimlə ayaqlarını tutdum və həmin an ağrı yox oldu. Anam bu hadisə haqqında qonşulara dost tanışlara danışdı. Sonradan anam istəyirdi ki, mən tibb təhsil alım, amma ailəm çox imkansız olduğundan mən bu fikirdən vaz keçdim. Amma mən yüksək səviyyədə imtahan verməklə Texniki Universitetə qəbul oldum".  

İlqar Əliyev 25 ildir bu sahədə araşdırmalar apardığını deyir: 

"Mənə verilmiş bu istedadı vergi kimi qəbul etdim və bu işi davam etdirdim. Mənim hətta bundan imtina etdiyim günlər də olub, amma həmin günlər mənim üçün çox ağır oldu, özümdə çox ağrılar hiss etdim. Və sonradan belə qərara gəldim ki, bu işi davam etdirməliyəm, çünki bu mənə verilmiş vergidir".

İlqar Əliyevin dediyinə görə o, əvvəlcə bu sahədə araşdırmalar aparıb ki, bəzi insanlar tərəfindən deyilən fırıldaqçı, yalançı kimi adları bu sahədə çalışanların üzərindən götürsün. Onlar yanlış ictimai-rəyə görə günahlandırılmasınlar.

Ekstrasens ən çox həkimlərə müraciət edib, amma şəfa tapa bilməyən insanları müalicə edir.  Dediyinə görə, o, həkimlərin yaşama şansı olmayan xəstələrini, yəni 3 gün 5 gün yaşayacağı deyilən xəstələri sağaltmağa müvəffəq olub. 10 ildə yüzə qədər belə xəstəni həyata qaytardığını  və ən çox onkoloji  xəstəliklərdən əziyyət çəkən insanların ona müraciət etdiklərini bildirir. 

Ekstransensin sözlərinə görə onun özündə fəza enerjisi var və onun yanında huşunu itirmiş şəxs belə oturanda, yanaqları qızarır və ekstrasens fəza enerjisi vasitəsilə ona təsir edir. 

Xəstələri müayinə  üsulundan danışarkən o bildirdi: "Xəstə mənim qarşımda oturur və mən onun harasında, hansı orqanında ağrılar olduğunu deyirəm. Sağ əlimlə xəstənin bədəninə tutmaqla onun hansı xəstəlikdən əziyyət çəkdiyini deyə bilirəm, çünki xəstənin hansı orqanı ağrıyırsa, həmin ağrını mən özümdə hiss edirəm".

İlqar Əliyev mövzu ilə bağlı danışarkən bunu da  qeyd etdi ki, işlədiyi dövrdə çoxlu uğurlarıyla yanaşı, bəzi uğursuzluqları da olub: "Amma bu uğursuzluqlar mənə çox pis təsir edib ki, niyə mən bu xəstəliyi tapa bilmədim? Niyə mən həmin şəxsə köməklik göstərə bilmədim? 
2005-ci ildə keçirilən bir tədbirə ekstrasenslərin təcrübə və praktikasını yoxlamaq məqsədilə çağırış göndərmişdilər. O çağırışa heç kim gəlmədi, təkcə 3 nəfər gəlmişdi  və mən də onların arasındaydım. Keçirilən təbdirdə tədqiqatlar aparıldı, həkimlər bizə xəstəliklər barəsində bir-iki sual verdilər. Daha sonra mən orda praktikamı yoxlamaq məqsədilə xəstə üzərində olan şişləri götürdüm. Komissiya rəhbərləri  bu hadisədən çox təəccüblənmişdilər, amma bu hadisə məxfiləşdirildi, heç bir media da yer almadı və praktikalarımız rəsmiləşdirilmədi. 

Hal hazırda araşdırmalar aparıram və təhsilimi daha da genişləndirirəm, bu sahə haqqında bütün məlumatları ictimaiyyətə çatdırmaq istəyirəm. Araşdırma mövzularım da var, amma onların heç birini çap etdirməmişəm, çünki bu mövzulara birgə baxılıb müzakirə olunmalı, daha sonra çap edilməlidir."

Söhbətləşdi: Kamal Əli

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb