Azərbaycanda əsgər özünü güllələdi

15:37 | 27.01.2014
Azərbaycanda əsgər özünü güllələdi

Azərbaycanda əsgər özünü güllələdi

 Azərbaycanda əsgər özünü güllələyib.APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, Həbib Bəxtiyar oğlu İsmayılov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır. Qeyd edək ki, H. İsmayılov Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb