Dərbənd şəhərində dörd terrorçunun məhv edilməsi ilə başa çatdırıldığı bildirilən antiterror əməliyyatı səhər saatlarında davam edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyinə Dağıstan Respublikasının hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Buna səbəb kimi qaranlığın düşməsi göstərilir.
Dünən Rusiya Federasiyasının tərkibində olan qədim Azərbaycan şəhəri Dərbənd şəhərində polislə silahlılar arasında atışma baş verib. Əməliyyatın gedişində 17 polis əməkdaşı yaralanıb, iki nəfər xüsusi təyinatlı polis əməkdaşı qətlə yetirilib. Artıq İŞİD terror qruplaşması baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb.
Bu gün günortadan başlayan atniterror əməliyyatının keçirildiyi ərazi tam olaraq polis və xüsusi təyinatlıların mühasirəsindədir.
Dərbənddə atışma: ölənlər var
Polis ehtimal edir ki, Dərbənd şəhərinin keçmiş başçısı Feliks Qazıəhmədovun atası, 82 yaşlı Hacıəhməd Qazıəhmədov öldürülməsində silahlıların əli var.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !