Azərbaycanlı vokalçı ABŞ-da qızıl medal qazandı

22:30 | 28.03.2023
Azərbaycanlı vokalçı ABŞ-da qızıl medal qazandı

Azərbaycanlı vokalçı ABŞ-da qızıl medal qazandı

Tanınmış azərbaycanlı vokalçı Urfan Cəfərov Nyu-York şəhərində keçirilmiş opera ifaçılarının "American International Vocal Competition of Opera Singers - 2023” beynəlxalq müsabiqəsinin qalibi olub. 
 
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı olan həmyerlimiz 67 ölkənin ifaçıları arasında birinci yeri tutaraq qızıl medala layiq görülüb. 
 
O, müsabiqənin qalibi kimi solo konserti üçün prestijli sertifikat alaraq, dünyanın məşhur konsert salonlarından biri olan "Carnegie Hall”da ölkəmizi təmsil edən və solo ifa edən ilk azərbaycanlı gənc vokalçı olub.
 
"American International Vocal Competition of Opera Singers” müsabiqəsi gənc ifaçılara nüfuzlu səhnədə solo çıxış etməyə imkan verən platformalardan biridir.
 
Urfan Cəfərov ötən il "American Protege-2022” beynəlxalq vokal müsabiqəsinin də birincisi olub.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb