Azərbaycanın tarixi abidələri: "Sumuq qala" - FOTOLAR

20:03 | 06.08.2014
Azərbaycanın tarixi abidələri: "Sumuq qala" - FOTOLAR

Azərbaycanın tarixi abidələri: "Sumuq qala" - FOTOLAR

Rüstəm QasımovTarixi abidələrlə zəngin bir ölkədə yaşayırıq. Onların sayəsində keçmişdə insanların necə yaşamasını, nə işlə məşğul olduqlarını və müdafiə qalalarını necə tikdiklərini öyrənmək mümkündür. Respublika daxilində istənilən guşədə həmişə nəsə maraqlı bir şey tapmaq olar. Bu gün biz keçmiş "İlisu Sultanlığının" ərazisində, Qax rayonunda yerləşən "Sumuq qala" müdafiə məqsədilə tikilən tarixi abidəni ziyarət edəcəyik.İlisuya gəlib "Sumuq qala" qalasına getməmək, ona tamaşa etməmək sadəcə mümkün deyil. Çünki o, kiçik hündürlükdə kəndin yanında yerləşir və buradan ətrafa gözəl mənzərə açılır. Müdafiə qurğusu onun perimetri üzrə qısa hasarı əhatə edir. Qalaya aparan yol daşlarla örtülüb.Tarixi XVII-XVIII əsrlərə aid edilən, yerli əhali arasında “Sumuq qala” adı ilə tanınan bu müdafiə qülləsi Qax rayonunun İlisu kəndi ərazisində, Kürmük çayının sol sahilində yerləşir. Qala Dağıstandan İlisuya qədər dağların yamacları və dərələrlə uzanan ticarət və hərbi əhəmiyyətli yolun Qaxa burulduğu yerdə tikilib.Hazırda qalanın daxilində Qax Tarix-Diyarşünaslıq Muzeyinin “İlisu sultanlığının tarixi” adlı filialı  fəaliyyət göstərir. Qalaya yaxınlaşarkən, muzeyin işçisi bizi gülər üzlə qarşıladı və girişin 1 manat olduğunu dedi. Pulu ödəyib, muzeydə təqdim edilmiş ekspozisiyalara baxmağa başladıq, oranın işçisi olan bələdçimiz isə bizə eksponatlar və "Sumuq qala" qalasının tarixi haqqında danışdı.Sümük kimi möhkəm olduğu üçün yerli əhali onu “Sumuq qala” adlandırır. Yerli ləhcədə “sümük” sözü “sumuq” kimi tələffüz edilir. Ölçüləri 6,22 metr x 6,02 metr olan qala kvadrat şəklindədir. Müdafiə qülləsinin tikintisində çay daşı və əhəngdən istifadə olunub. Qalanın divarları içəriyə doğru bir qədər maili vəziyyətdə tikilib yuxarı qalxdıqca ensizləşir.Divarların qalınlığı yer səthində 70-80, yuxarı mərtəbələrdə isə 60-70 santimetrdir. Qüllənin iki mərtəbəsində hər divarın ortasında eni 80 santimetr olan pəncərə yeri var. Üçüncü mərtəbədə mazğallar elə yerləşdirilib ki, qüllənin künclərindən və yanlarından gözlənilən hücumların qarşısını almaq mümkün olsun. İlk dövrlərdə sırf müdafiə qurğusu olan bu qüllə sonralar yaşayış üçün də istifadə olunub. Qafqaz müharibələri dövründə bu cür müdafiə qüllələri yerli əhalinin düşmənə müqavimət göstərməsində mühüm rol oynayırdı. Belə müdafiə qüllələrinə Gürcüstanın dağlıq rayonlarında, Dağıstanda və Şimali Qafqazda da rast gəlmək mümkündür. Onlar adətən evlərə bitişik və ya evin yanında köməkçi müdafiə qurğusu kimi tikilirdi.Qalanın bişmiş kərpicdən tikilmiş axırıncı mərtəbəsi və dam örtüyü uçub tökülmüş, aşağı hissəsi selin gətirdiyi qum-çınqılla, torpaqla dolmuşdu. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına “Sumuq qala”da bərpa işləri başlanıb. Qalanın torpaq altında qalan hissəsi təmizlənib, sel-suların zərər vurmaması üçün qüllənin yanında suötürücü kanal tikilib, qalaya aparan yola daş örtük döşənib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb