Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb

15:07 | 18.10.2021
Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb

Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb

2021-ci ilin 9 ayında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 4 milyon 298 min tondan çox yük aşırılıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 milyon artıb. 

Bu barədə Bakı Limanının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yükaşırımı bu il 21% artıb, həmin göstərici 2020-ci ilin yanvar-sentyabr ərzində ildə 3 milyon 564 min ton olub. Bu ilin  tranzit yüklərin payı isə ümumi yükaşırmanın 93%-ni təşkil edib.
 
Bakı Limanında ayrı-ayrı sahələr üzrə göstərilən xidmətlər görə sözügedən dövrdə ən çox artım quru yük aşırmalarında qeydə alınaraq 856 min tona yüksəlib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 69%-lik artım deməkdir. Yükün əsas hissəsini isə Türkmənistan mənşəli gübrə məhsulları təşkil edib. 
 
Müvafiq dövrdə Bakı Limanında aşırılan konteynerlərin sayında da artım qeydə alınıb. Bu ilin üç rübü ərzində aşırılan konteynerlərin həcmi TEU ekvivalentində 30 774 olub.
 
Növbəti artım isə Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində qeydə alınıb. Cari ilin 9 ayında aşırılan neft və neft məhsullarının həcmi 3 dəfəyə yaxın artaraq 1 milyon tondan çox olub.
 
Bakı Limanı vasitəsi ilə daşınan ağırtonnajlı nəqliyyat vasitələrinin (TIR) sayında və Bərə terminalının vaqon aşırılmasında qismən azalma müşahidə edilib. Həmin dövrdə aşırılan vaqon sayı 22 201 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 28 491 ədəd olub.
 
Ləman Qasımova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM