Bakı-Tiflis-Ceyhan kəməri ilə 332 milyon ton neft nəql edilib

15:38 | 22.08.2016
Bakı-Tiflis-Ceyhan kəməri ilə 332 milyon ton neft nəql edilib

Bakı-Tiflis-Ceyhan kəməri ilə 332 milyon ton neft nəql edilib

2016-cı ilin birinci yarısı ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə 26 milyon dollar xərclənib.

ANN.Az xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub.
 
Məlumata görə, 1768km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə ümümilikdə təxminən 2,49 milyard barel (332 milyon ton) xam neft nəql edilib və Ceyhanda 3278 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Birinci yarımildə BTC vasitəsilə təqribən 17,3 milyon ton (130 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 166 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti, nəql olunur. 

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM