Bakıda taksilər dezinfeksiya olunur

22:00 | 06.03.2020
Bakıda taksilər dezinfeksiya olunur

Bakıda taksilər dezinfeksiya olunur

Paytaxtın ictimai nəqliyyat sektorunda əksepidemik tədbirlər davam edir. Bu çərçivədə müntəzəm marşrut xətt avtobusları ilə yanaşı taksi minik avtomobilləri də dezinfeksiya olunur.

Trend-in məlumatına görə, bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məktub ünvanlanıb.
Diqqətə çatdırılıb ki, koronovirus (COVİD-19) xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması üçün taksi minik avtomobillərinin də dezinfeksiyası zəruridir.

Növbəti dezinfeksiya tədbiri "Salam Taksi” şirkətində təşkil olunub. Dezinfeksiya zamanı taksi minik avtomobillərinin salono, yük hissəsi və xarici hissələri xüsusi dərman məhlulları ilə təmizlənib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM