Bakının köhnə məhəllələri və köhnə bakılılar - FOTOLAR

09:24 | 11.08.2015
Bakının köhnə məhəllələri və köhnə bakılılar - FOTOLAR

Bakının köhnə məhəllələri və köhnə bakılılar - FOTOLAR

Köhnə sözü nə qədər çox adamın xoşuna gəlməsə də, bu sözdə bir nostaljilik var. Atalarımızın da belə bir misalı var: "Hər şeyin təzəsi, dostun köhnəsi". Dost - burada təkcə insanın yaxın dostu, sirdaşı kimi başa düşülməməlidir, məncə. Hansısa şəhər, hansısa küçə, hansısa məhəllə, hansısa heykəl, hansısa bina və s. bizim dostumuz ola bilər. 

Fikrimcə, Bakı dünyada elə şəhərlərdəndir ki, köhnəlik çatışmazlıq kimi başa düşülmür, qədmiliyə, təbiiliyə bərabər tutulur. Eyni zamanda burada yaşayan insanlar da elə insanlardandır ki, bu qədmiliyin, təbiiliyin nostaljisini, həsrətini həmişə çəkirlər.

Sizə Bakının köhnə məhəllələrindən və köhnə bakılıların fotolarını təqdim edirəm. Cəmi bir döngə o tərəflərdə yeni məhəllələr - yeni tikililər, villalar, saraylar ucalıb, cəmi bir küçə o tərəfdə şortikli qızlar-oğlanlar gəzir, ən müasir nəsil addımlayır, amma bu məhəllə və orada yaşayanlar bu adı şərəflə gəzdirirlər: "Köhnə məhəllə", "köhnə bakılılar"

Fərqanə Novruzova
Fotolar müəllifindir

 
 
 


















































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM