Bayramdan sonra yaranan çirkin mənzərə

22:30 | 01.09.2017
 Bayramdan sonra yaranan çirkin mənzərə

Bayramdan sonra yaranan çirkin mənzərə

"ARB TV”dən virtualaz.org-a verilən xəbərə görə, bayramla əlaqəli olaraq ət kəsim məntəqələrində bəzən natəmiz mənzərə yaranır. Bu mənzərənin günün sonunda da olduğu kimi qalması insanların yediyi bayram ətinin ləzzətini heçə döndərir.

Təbii ki, bu hal bütün məntəqələrə aid deyil. Addımbaşı rast gəlinən kəsim yerlərində xüsusi nəzarət olunmadığından bu yerlərin təmizliyi sahibkar və qəssabların ümidinə qalır.

Qəssab bildirir: "Özümüz yığıb aparırıq gedəndə. Elə şey olar?"

"Axşam gedəndə özüm təmizlərtdirib gedəcəyəm. Özümə mən başqa söz gətizdirə bilmərəm. Mədəniyyətimizi göstərməliyik", - bunu da qəssab deyib.
Bakı Şəhər Baytarlıq İdarəsinin Müfəttişliq şöbəsinin müdiri Zahid Nəsibli isə bildirib ki, bu ərazilərin təmizliyinin qorunması sahibkarların işidir.

Belə görünür ki, ümid həmin sahibkarlara qalır. İnanırıq ki, əraziyə məsul aidiyyatı orqanlar bayram ətinin ləzzətli qoxusunun küçələrdəki natəmizlik iyinə qarışmasına imkan verməyəcəklər.
 
 








www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb