Berti Foqts bu gün azərbaycanlı olacaq

00:15 | 15.11.2013
Berti Foqts bu gün azərbaycanlı olacaq

Berti Foqts bu gün azərbaycanlı olacaq

"Estoniya ilə oyuna yaxşı hazırlaşmışıq. Rəqibin Türkiyə ilə oyununa baxmışam. Mənə yaxşı təsir bağışladılar, yaxşı mübarizə aparırlar". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Alman çalışdırıcı noyabrın 14-də Estoniyanın paytaxtı Tallindəki "A. Le Coq Arena"da baş tutan açıq məşqdən öncə mətbuat konfransı keçirib. Foqts heyətdəki itkilərdən danışıb və qələbə qazanmaq istədiklərini bildirib: "Rəşad Sadıqov, Əfran İsmayılov, Rəşad Sadiqov və təsnifat mərhələsinin ən yaxşı oyunçusu Kamran Ağayevin yoxluğu özünü göstərə bilər. Sabah meydana 11 oyunçu ilə çıxacağıq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Bizim çox maraqlı komandamız var. Hər kəs digərini əvəz edə bilər. Məqsədimiz qələbədi. Taktiki cəhətdən ağıllı oynamalıyıq. Meydana çıxacaq oyunçulara inanıram. Əgər bacarıqlarını göstərə bilsələr".

Foqts jurnalistlərin "Estoniyanın hava şəraitinə alışmaq futbolçularınıza çətin olmayacaq ki" sualına belə cavab verib: "Məgər Sizə soyuqdu? Hava şəraitinə öyrəşmək sual deyil. Oyunçulara nəticəni pis hava şəraiti ilə əlaqələndirmək imkanı verməyin. Bir də mən demək istəyirəm ki, sabah mən alman deyil, azərbaycanlı olacağam. Biz İsrail və Rusiyaya qarşı oynadığımız kimi oynasaq, burada qalib gələ bilərik".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM