“BMT zəhmət çəksin, Təhlükəsiz Şurasının qətnamələrini icra etsin”

14:31 | 23.05.2014
“BMT zəhmət çəksin, Təhlükəsiz Şurasının qətnamələrini icra etsin”

“BMT zəhmət çəksin, Təhlükəsiz Şurasının qətnamələrini icra etsin”

“Azərbaycan heç bir dövlət, beynəlxalq təşkilatdan nəsə tələb etmir. Biz sadəcə istəyirik ki, bu problemlərlə məşğul olan təşkilat və dövlətlər bu işə obyektiv yanaşsın”.

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda səfərdə olan BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə birgə keçirilən mətbuat konfransında deyib. Bununla belə, baş nazirin müavini bildirib ki, Azərbaycanın yalnız BMT-dən istəyi və tələbi var: “BMT zəhmət çəksin, Təhlükəsiz Şurasının qətnamələrini icra etsin”. Bu çıxışa münasibət bildirən xüsusi məruzəçisi Çaloka Beyani isə bildirib ki, Azərbaycana səfərindən sonra BMT Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək. O, bu məsələni və Azərbaycanın mövqeyini birbaşa onlara çatdıracağını deyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb