Bukmeker kontorları “Eurovision-2015” Mahnı Müsabiqəsində Azərbaycanın əmsalını yüksəltdi

12:13 | 24.03.2015
Bukmeker kontorları “Eurovision-2015” Mahnı Müsabiqəsində Azərbaycanın əmsalını yüksəltdi

Bukmeker kontorları “Eurovision-2015” Mahnı Müsabiqəsində Azərbaycanın əmsalını yüksəltdi

"Eurovision-2015” Mahnı Müsabiqəsində iştirak edəcək ölkələrə pul qoyuluşu qəbul edən nüfuzlu bukmeker kontorlarının mövcud əmsallarında dəyişiklik baş verib.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, bukmeker kontorlarının "Eurovision-2015” Mahnı Müsabiqəsini qazanmağa ən şanslı namizəd kimi göstərdikləri İsveç birinciliyini qoruyub. İsveçin əmsalı 3.50-dən 2.50-yə enib (İsveçə qoyuluş edən şəxslər skandinavlar qalib gəldiyi təqdirdə, hər dollara görə 2,5 dollar qazanacaq - red.). İsveçi müsabiqədə "Heroes” mahnısı ilə Mans Zelmerlow təmsil edəcək.
 
Azərbaycanın əmsalı isə 21.00-dan 26.00-ya qalxıb və ölkəmiz 8-ci pillədən 9-cu pilləyə yüksəlib. Azərbaycanı müsabiqədə Elnur Hüseynov təmsil edəcək. O, "Hour of the Wolf” mahnısını ifa edəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM