• $
  • €
  • ₽
  • ₺
  • £

"DOST"dakı xidmətlərin sayı ARTIRILDI

"DOST"dakı xidmətlərin sayı ARTIRILDI
01.01.2022 11:54
Prezident İlham Əliyevin yeni Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin "DOST” mərkəzlərinin xidmətlərinin siyahısına daha bir xidmət əlavə edilib.
 


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Anews.az-a verilən məlumata görə, bu, dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi xidmətidir.




Dövlət başçısının 18 may 2021-ci il tarixli Fərmanına əsasən hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.


 
29 dekabr 2021-ci il tarixli Fərmanla isə hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta üzrə fəaliyyətini və həmin sığorta vəsaitlərinin idarə edilməsini Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu həyata keçirəcək.
 
Bununla əlqədar olaraq dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi xidməti də "DOST” Mərkəzlərində göstəriləcək.
 
Onu da qeyd edək ki, DOST xidmətlərinin sayı artmaqda davam edir. İlk DOST Mərkəzinin yaradıldığı 2019-cu ilin may ayından bəri həmin xidmətlərin sayı 30 faiz artaraq 156-ya çatıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol