• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatalada qəsdən evlər və tövlələr yandırıldı

Zaqatalada qəsdən evlər və tövlələr yandırıldı
01.01.2022 15:00
Zaqatalada ötən  gecə iki fərdi yaşayış evi və üç mal tövləsi yanıb.

"Qafqazinfo"nun məlumatına görə yanğın hadisələri rayonun Əliabad qəsəbəsi və Mosul kəndində baş verib.

Yeni ilin ilk gecəsi saat 03:00 radələrində rayonun Əliabad qəsəbəsində qəsəbə sakini Şaban Məhəmməd oğlu Əhmədova  məxsus ümumi sahəsi 100 kv/m olan fərdi yayaşlış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin   Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.

Gecə saatlarında daha üç yanğın hadisəsi isə rayonun Mosul kəndində kənd sakinləri- İsmayıl Ramazan oğlu Süleymanov, Ramiz Hizbulla oğlu Məmmədov  və Qədim Əli oğlu Məmmədovun yaşadıqları evlərin həyətyanı sahəsində tikilmiş mal tövlələrində baş verib. Hər üç yanğında mal tövlələri içərisindəki quru ot kütləsi ilə birlikdə yanıb. Baş vermiş yanğınlarda xəsarət alan olmayıb.

Qeyd edək ki, dekabrın son günü saat 23:00 radələrində rayonun Mosul kəndində, kənd sakini Tərlan Gülməmmədov özünə məxsus fərdi yaşayış evini qəsdən yandırıb.

İlkin məlumata görə, gecə ərzində rayonda baş verən beş yanğın hadisəsi qəsdən törədilib. Baş vermiş yanğın hadisələrinin bir-biri ilə əlaqəli olub-olmaması müvafiq qurumlar tərəfindən araşdırılır

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol