Ötən gün 24 nəfər toylara buraxılmayıb

Ötən gün toylara görə 1 nəfər cərimələnib, 24 nəfər şənliyə buraxılmayıb, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 1-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 74 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
www.anews.az
























