• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 20 mindən çox gənc işlə təmin olunub

Azərbaycanda 20 mindən çox gənc işlə təmin olunub
02.02.2022 10:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ötən il 20 363 gənci münasib işlə təmin edib.

Nazirlikdən verilən məlumata görə, ötən il 4 288 gənc özünüməşğulluq proqramına cəlb olunaraq, proqramın dəstəyi ilə öz kiçik biznes sahələrini yaradıb.
Agentliyin peşə hazırlığı kurslarına ötən il böyük əksəriyyəti gənclər olan 1000 nəfər cəlb olunub, 2 minə yaxın gəncə isə peşəyönümü məsləhət xidmətləri göstərilib. Bu ildən Agentlik beynəlxalq sertifikatlı mütəxəssis hazırlığı kurslarına başlayacaq ki, kurslara cəlb ediləcək şəxslərin böyük əksəriyyəti gənclər olacaq.

Gənclərin əmək bazarına inteqrasiyasına dəstək olan yeni proqramlardan biri də Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə icra etdiyi "Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”dır. Proqram üzrə gənclərin bilik və bacarıqlarının artırılması, potensiallarının, ideyalarının reallaşdırılması üçün "Peşəkar Gənclik”, "İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası”, "Biznesini Yarat Marafonu” layihələri çərçivəsində işlər aparılır.

Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə bu günlərdə yeni layihəyə - "Gənclərin biznes emalatxanası” layihəsinə də başlanıb. Layihənin məqsədi peşə təhsili alan sonuncu kurs tələbələrinin biznes təlimlərinə cəlb olunması və özünüməşğulluq proqramı çərçivəsində mikrobizneslərini qurmasıdır.

Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) "Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində "Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” (PROGRO) da hazırlanıb. Platformanın məqsədi gənclərin peşəkar inkişafla bağlı maarifləndirilməsi və onların gələcək iş həyatına hazırlığına dəstək verməkdir.

Dövlət Məşğulluq Agentliyinin nəzdində Karyera Mərkəzlərinin Koordinasiya Şurası yaradılıb. Karyera Mərkəzlərinin Koordinasiya Şurasının yaradılmasında məqsəd vahid standartların müəyyən edilməsi və tətbiqi, karyera mərkəzi olmayan ali təhsil müəssisələrində belə mərkəzlərin yaradılmasına dəstək göstərilməsi, metodiki bazanın, yerli müsbət təcrübələrin paylaşılması, xarici təcrübənin araşdırılması və tətbiqinə dəstək göstərməkdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol