Bu gün İstanbul-İrəvan uçuşları başlayır

Bu gün İstanbul və İrəvan şəhərləri arasında birbaşa uçuşlara start verilir.
Uçuşları Türkiyə tərəfindən "Pegasus”, Ermənistan tərəfindən isə "Fly One Armenia” aviaşirkəti həyata keçirəcək. Reyslər həftədə 3 dəfə təşkil olunacaq.
"Fly One” şirkətinin təyyarəsi İstanbul vaxtı ilə 19:50-də İstabul hava limanına enəcək. "Pegasus” şirkətinin təyyarəsi isə saat 23:35-də Sabiha Gökçen hava limanından İrəvana yola düşəcək.
www.anews.az
























