• $
  • €
  • ₽
  • ₺
  • £

"İDEAL" şirkətinin keçmiş sahibi İlqar İsmayılovun vəkili DANIŞDI

"İDEAL" şirkətinin keçmiş sahibi İlqar İsmayılovun vəkili DANIŞDI
02.02.2022 11:22
İlqar İsmayılovun günahı onun hansısa məmura itaətsizlik göstərməsidir. Onu bu şəkildə cəzalandırmaqla göstərmək istəyirlər ki, itaətsizlik göstərməyin cəzası belə olur, bunu "İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri, həbsdə olan iş adamı İlqar İsmayılovun vəkili İlhamə Həsənova yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxışında deyib.
 
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu vurğulayıb. Müdafiəçi bildirib ki, aylarla davam edən məhkəmə prosesi də İlqar İsmayılovun təqsirsizliyini, sifarişlə həbs olunduğunu ortaya qoydu.

Vəkilin sözlərinə görə, 1999-cu ildə İlqar İsmayılovun təkbaşına yaratdığı "İdeal”ın 50 faizini 2011-ci ildə AZAL prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyeva alaraq, həmtəsisçi olub. Zaman keçdikcə o, bütün şirkəti İlqar İsmayılovun əlindən alıb.
 
"Hazırda İlqar İsmayılovun anası kirayə qalır. Bir evi var. O ev həm bankda girovdur. Həm də işdə guya dəymiş ziyanın əvəzi kimi, müsadirə məsələsi qoyulub. Cənab prezident bütün dünyaya ədalətin necə bərqərar olmasını öyrətdi. Niyə burada hansısa məmurun eqosuna, istəyinə, sifarişinə görə ədalətsizlik hökm sürməlidir? Kim nə bilir ki, bu gün İlqar İsmayılova atılan şər-böhtan sabah onun övladına, nəvəsinə atılmayacaq? İlqar İsmayılovun imzası olmayan, kserosurət sənədlərlə onu ittiham edirlər ki, guya şirkətdən bu qədər pul götürüb xərcləyib”, - deyə o bildirib. 

Vəkil xatırladıb ki, İlqar İsmayılovu eyni ittihamla 2017-ci ildə də həbs edib, şirkətdəki qalan payını da əlindən alandan sonra cinayət işinə xitam verib. 

Digər vəkil Rəşad Əliyev də İlqar İsmayılovun təqsirsizliyini vurğulamaqla yanaşı, hakimlərin nəzərinə çatdırıb ki, bu iş üzrə çıxarılacaq hökm insanların Azərbaycanda məhkəmə sistemi və biznes mühitinə olan inamına da təsir göstərəcək.
 
"İlqar İsmayılov haqqında bəraət hökmü çıxarılmalıdır, bu birmənalıdır. Bu hökm həm də ölkədəki biznes mühitinə töhfə olacaq. O baxımdan ki, əgər insanlarda azad biznes mühitilə bağlı inam yoxdursa, bərpa olacaq. İnam varsa, daha da möhkəmlənəcək. İnsanlarda məhkəmə sistemində ədalətə inam yaranacaq. Əks halda, olan-qalan ümidlər də yox olacaq. Yəni bu, təkcə İlqar İsmayılovun məsələsi deyil, həm də cəmiyyətin, ölkənin məsələsidir”, - deyə o vurğulayıb. 

Rəşad Əliyev əlavə edib ki, İlqar İsmayılovun şirkətin xəzinəsindən digər həmtəsisçi Zərifə Həmzəyevadan gizli 680 min manat pul götürüb şəxsi ehtiyaclarına xərcləməsi haqda ittihamda yazılanlar yalandır.
 
"Araşdırmalar göstərdi ki, Zərifə Həmzəyevanın yazılı razılığı olmadan şirkətə, hətta printer də alınmırmış. Belə olan halda, onun xəbəri olmadan 680 min manat pulun götürülməsi mümkün deyildi. Bu ittiham absurd və gülməlidir”, - deyə vəkil söyləyib.

Prokuror İlqar İsmayılova 8 il həbs cəzası istəyib. Məhkəmə fevralın 7-də digər vəkillərin müdafiə çıxışıyla davam edəcək.

İlqar İsmayılov 2021-ci ilin aprelindən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir, həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir.
Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.

"İdeal”ın idarəçiləri 2020-ci ildə "Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company”ə daxil edilib.
 
İlqar İsmayılovun anası bir müddət əvvəl məsələ ilə bağlı etiraz etmişdi - https://anews.az/az/olumun-hebsi-sifarisli-hebsdir-valideynden-etiraz-video/
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol