Azərbaycanda "Qırmızı kitab"ın yeni nəşri gələn il gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2023-cü ildə Azərbaycanda ovlanması qadağan olunan heyvan və quşların adları salınmış "Qırmızı kitab" nəşr etmək niyyətindədir. Bunu Azərbaycan Təbiət və Ov Turizm Assosiasiyasının sədri Ramin Zamanov bildirib.
www.anews.az
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi qadağan olunmuş heyvanların ovlanmasına görə, cinayət işinin açılması və cərimələrin tətbiq edilməsini nəzərdə tutur.
Qırmızı kitab Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.
Qanunvericiliyə əsasən, "Qırmızı kitab" hər on ildən bir çap edilməlidir. Birinci nəşr 2003-cü ildə nəşr olunub.
Gülnar Nazimqızı
www.anews.az
























