"Görünməyən qəhrəmanlar-2” layihəsinin hazırlıqlarına başlanılıb, bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən il ərzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası ilə İctimai Televiziyanın müştərək işi olan 5 filmdən ibarət "Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsi istehsal olunub.
"Bu filmlərin hər biri müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Sənədli silsilə noyabr ayının ilk həftəsində - qələbənin birinci ildönümü ərəfəsində İctimai Televiziyada nümayiş etdirilib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. İnternetdə sözügedən filmlərin onlayn baxış sayı artıq 1 milyonu keçib. Biz bu layihəni davam etdirmək niyyətindəyik. Belə ki, hazırda "Görünməyən qəhrəmanlar-2” layihəsinin hazırlıqlarına başlanılıb", - deyə o bildirib.
www.anews.az