İcbari Tibbi Sığorta Dövlət Agentliyi 9 milyon manatlıq tenderə yekun vurub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində tibbi sərfiyyat mallarının, laborator reaktivlərin və sərfiyyat mallarının, həmçinin PCR kit dəstlərin və onlara uyğun sərfiyyat mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC-dir.
Qalib şirkətə 8,803 milyon manat ödəniləcək.
www.anews.az
























