• $
  • €
  • ₽
  • ₺
  • £

D18 Hərəkatının həbs edilən üzvü aclıq aksiyasına başlayıb

D18 Hərəkatının  həbs edilən üzvü aclıq aksiyasına başlayıb
02.02.2022 15:13
25 sutka həbs cəzası verilən, D18 Hərəkatının Yardımlı rayonunda yaşayan üzvü Cəlil Zabidov aclıq aksiyasına başlayıb. Bu gün artıq 2-ci günüdür, bu barədə hərəkatın sədri Əhməd Məmmədli özünün feysbuk hesabında paylaşım edib. 
 
D18 təşkilatının məlumatına görə, Yardımlı Rayon Məhkəməsinin qərarı ilə Cəlil Zabidov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polisin qanuni tələblərinə tabe olmama) 25 sutka azadlıqdan məhrum edilib.
.
Cəlil Zabidov yanvarın 31-də günorta saatlarında rayondakı kafelərin birində əyləşdiyi zaman özünü "rəis müavini” kimi təqdim edən Vüqar Bəhmənov tərəfindən saxlanılıb.

O, əvvəlcə yerli polis şöbəsinə aparılıb, bir neçə saat sonra isə məhkəmə qarşısına çıxarılıb.

"Cəlil Zabidov vəkil tələb etdiyindən proses bir neçə saat təxirə salınıb. Ancaq formal olaraq vəkillə təmin edildikdən sonra məhkəmənin qərarı ilə 535-ci maddə ilə (Polisin qanuni tələblərinə tabe olmama) 25 sutka inzibati həbs cəzası alıb”, – deyə açıqlamada bildirilir.

Hərəkat Cəlil Zabidovun həbsini siyasi sifariş sayaraq onun tezliklə azadlığa buraxılmasını  tələb edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Cənub Regional Qrupundan Meydan TV-nin sorğusuna cavab verilib ki, Cəlil Zabidov rayonda pandemiya şəraiti ilə bağlı keçirilən reyd zamanı polisin tibbi maskadan istifadə haqda tələbini rədd edib:

"Qapalı məkanların birində Cəlil Zabidov tibbi maskadan istifadə etmədiyi zaman polislər ona hər bir vətəndaşın qaydalara əməl etməsini xatırladıb. Amma Zabidov qaydaların onu maraqlandırmadığını deyib, polisin qanuni tələbinə tabe olmadığından barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Beləliklə, Zabidovun haqqında qanunvericiliyin tələbinə uyğun olaraq 25 sutka inzibati cəza kəsilib”, - deyə nazirlikdən bildirilib. 

Cəlil Zabidov 2020-ci ildən hərəkatın üzvüdür.

İxtisasca müəllim olan Zabidov işdən azad edildikdən sonra ötən il Təhsil Nazirliyi qarşısında təkadamlıq aksiya keçirib.

O, 2020-ci il növbədənkənar parlament seçkiləri zamanı Yardımlı rayonunda baş verən seçki saxtakarlığına etiraz etdiyi üçün saxlanılaraq 5 ay müddətində azadlıqdan məhrum edilib.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol