Əcnəbi ovçular üçün nəzarət qaydaları dəyişir - RƏSMİ

Azərbaycanda qanunsuz ov edən əcnəbilərin və şirkətlərin barəsində ciddi tədbirlər görüləcək,bunu Bioloji Məüxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudun Əliyev deyib.
"Azərbaycanda ov ovlanması prosedurları qanunla tənzimlənir. Bu məqsədlə bölgələrdə ov ovlanmasını həyata keçirən əcnəbilər də lisenziya alır. Sadəcə bəzi halalrda həmin əcnəbiləri dəvət edən şirkətlər onlara qanuna uyğun olmayan vədlər verir və nəticədə qanunsuz ov ovlanması halları aşkar olur. Əvvəl bu cür halları sosial şəbəkələrdə eləcə müxtəlif araşdırmalar nəticəsində əldə edib qanunu tədbirlər görürdüksə, bundan sonra Ovçuluq fəaliyyəətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu ilə bu məsələlərə daha ciddi nəzarət olacaq.Bu sənəd ovçuluq təsərrüfatı ilə bağlı bütün monitorinqlərin aparılmasına ciddi tövhsini verəcək.Qanunsuz olaraq heyvanlanların və quşların ovlanması halı aşkarlanarsa həmin əcnəbilər və şiirkətlər haqqında daha ciddi tədbirlər görüləcək və onların birdəfəlik ov ovlanmasına qadağa qoyulacaq", deyə Firudun Əliyev bildirib.
İmzalanan yeni Anlaşma Memorandumuna görə əcnəbilər 3 qrupa bölünəcək. Birinci yaşıl zona ovçuluq lisenziyası alıb heç bir qayda pozuntusuna yol verməyən əcnəbilər daxil ediləcək. Sar zonaya müəyyən qədər qanun pozuntusuna cəhd edən əcnəbilər aid ediləcək, qırmızı zona isə ciddi qanun pozuntusu edənlər şamil ediləcək.
Azərbaycan Təbiət və Ov TUrizmi Asosiasiyası beynəlxalq təşiklatlarla əməkdaşlığa başlayacaq. Əməkdaşlıq çərçivəsində başqa ölkələrdə qanun pozan əcnəbilər barəsində də öncədən məlumat ala biləcək. Bu isə onların ölkəyə gəldiyi zaman lisenziya almasına dair sənədlərdə öz təsirini göstərəcək.
Gülnar Nazimqızı
www.anews.az
























