• $
  • €
  • ₽
  • ₺
  • £

ANAMA çobanın kasetli bombadan öldüyünü təsdiqlədi

ANAMA çobanın kasetli bombadan öldüyünü təsdiqlədi
02.02.2022 18:30
ANAMA Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun məhz kasetli bombanın partlaması nəticəsində öldüyünü təsdiqləyib.

ANAMA-dan daxil olan məlumatda deyilir.

"ANAMA tərəfindən ərazidə aparılan araşdırma və yoxlamalar zamanı aşkar olunan partlayıcı qurğuların kaset tipli sursat kateqoriyasına aid olduğu müəyyən edilib. 2008-ci ildə Osloda imzalanan konvensiyanın şərtlərinə görə kasetli sursatların istehsalı, istifadəsi, daşınması və toplanması "Kasetli Sursatlara dair Beynəlxalq Konvensiya” ilə qadağan olunur.

44 gün davam edən Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən bu növ sursatlar həm döyüş bölgələrində, həm də Azərbaycanın şəhərlərində yaşayan dinc əhaliyə qarşı dəfələrlə istifadə edilib. Konvensiya ilə qadağan olunmuş silahların istifadəsi Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasını və dinc əhaliyə qarşı düşmənçilik niyyətini bir daha təsdiq edir.

İşğaldan azad edilmiş ərazilərdə ANAMA əməkdaşları tərəfindən icra edilən təmizləmə əməliyyatları zamanı bu tip çoxlu sayda partlayıcılar aşkar edilərək zərərsizləşdirilib”, - deyə bildirilib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol