• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “2023-cü ildə dəmir yolu Ermənistan sərhədinə gətiriləcək”

Prezident: “2023-cü ildə dəmir yolu Ermənistan sərhədinə gətiriləcək”
02.02.2022 19:02
Bu il isə həm ənənəvi işlər, yəni, infrastruktur işləri, eyni zamanda, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binalarının inşası da artıq başlanacaq.
 
Anews.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.
 
Dövlət başçısı bildirib ki, azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyası inşa ediləcək. Nəzərdə tutulan layihələr arasında Ağalı kəndinin inşasının artıq tamamlanmasını qeyd edən Prezident deyib ki, bunun böyük rəmzi mənası var: "Çünki artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi elə bil bizim istədiyimizin təcəssümüdür”.
 
Prezident İlham Əliyev cari ildə Zəngilan Hava Limanının açılacağını, 2023-cü ildə dəmir yolunun Ermənistan sərhədinə gətiriləcəyini, avtomobil yolunun tikintisinin isə davam etdiyini diqqətə çatdırıb. Bütün bu işlərdə gənclərin fəal iştirak etdiklərini söyləyən dövlətimizin başçısı deyib: "İndi azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Deyə bilərəm ki, bu il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, bizim ərzaq təhlükəsizliyimizi təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə gənclər, əlbəttə ki, bu işlərdə qabaqcıl rol oynayacaq, onlar öz təşəbbüslərini də gərək ortaya qoysunlar”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol