Bakıda avtobus sürücüsü döyüldü - Video

Bakıda avtobus sürücüsü döyülüb.
Hadisə anı avtobusdakı təhlükəsizlik kamerasına düşüb.
Hadisə ötən gecə, Nizami rayonu ərazisində, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında baş verib. 113 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü 36 yaşlı Mehran Gülməmmədov son dayanacaqda mübahisə etdiyi şəxs tərəfindən döyüldüyünü iddia edir.
Mübahisə bundan sonra da davam edib. Son dayanacağa çatan sürücü həmin şəxsin orada olduğunu görüb.
Xəstəxanaya aparılan sürücü burnundan əməliyyat olub, hazırda onun ev şəraitində müalicəsi davam edir. Sərnişin avtobusunun aid olduğu daşıyıcı şirkətdən isə bildirilib ki, fakt hazırda polis tərəfindən araşdırılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanıb.
www.anews.az
























