Dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək

Dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək,bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
"Duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı dumanın əmələ gəlməsinə səbəb olub. Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Yevlax, Göyçay, Sabirabad, Hacıqabul, İmişli, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik, Astara, Ağdam, Bakı və Abşeron yarımadasında görünüş 50-500 metrədək məhdudlaşıb", deyə qeyd edib.
www.anews.az
























