• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın yeni prezidenti məlum olub

Ermənistanın yeni prezidenti məlum olub
03.03.2022 13:00
Ermənistanın yeni prezidenti Vaaqn Xaçatryan seçilib, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 
 
Hakim "Vətəndaş Müqaviləsi” partiyasının yeganə namizədi, yüksək texnologiyalar sənayesi naziri olan Vaaqn Xaçartyan 71 səslə Prezident seçilib. 
 
Bu gün, martın 3-də Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermənin ikinci turu keçirilib və Prezidentin təyin olunması barədə qərar da burada açıqlanıb.
 
O, Ermənistan tarixinin 5-ci Prezidentidir.
 
1990-cı il avqustun 22-də Ermənistan SSR Ali Soveti "Ermənistanın dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannaməni qəbul etdi. 1991-ci il sentyabrın 22-də isə Ermənistanın dövlət müstəqilliyi haqqında referendum baş tutdu və həmin referendumun nəticələrinə əsasən Ermənistan dövlət müstəqilliyini elan etdi. Növbəti ay isə Ermənistanda birinci dəfə Prezident seçimləri baş tutdu. Seçimlərdə səslərin 82.00 faizini toplayan Levon Ter-Petrosyan, Ermənistanın birinci Prezidenti seçildi. 1998-ci ilin 30 martında martın 30-da seçimlərin II turu baş tutdu və səslərin 58.90 faizini toplayan Robert Koçaryan, Ermənistanın 2-ci Prezidenti seçildi.  2008-ci ildə Serj Sarkisyan 52.82 faiz səs topladı və beş il müddətinə Ermənistan Prezidenti seçildi. 2008-ci ildə isə Armen Sarksiyan Prezident seçildi.
 
2022-ci ilin 23 yanvarında Ermənistan Prezidenti Armen Sarkisyan istefa verdiyini bəyan edib. O, buna səbəb kimi dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verən lazımi səlahiyyətlərin olmadığını göstərib. Fevralın 1-dən prezidentin səlahiyyətlərini Ermənistan parlamentinin sədri Alen Simonyan icra edib. 
 
Yeni seçilən Prezident  Xaçatryan 1990-cı illərin əvvəllərində İrəvanın meri və parlamentin deputatı olub. O,2021-ci ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilib. 
 
Ləman Qasımova





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol