• $
  • €
  • ₽
  • ₺
  • £

AİHM Azərbaycanla bağlı 5 şikayəti araşdırmağa başlayıb

AİHM Azərbaycanla bağlı 5 şikayəti araşdırmağa başlayıb
03.03.2022 16:41
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 5 şikayəti araşdırmağa başlayıb, bu barədə "aihmaz.org" məlumat yayıb. 

Ramil Nəsibov və 3 başqa ərizəçi Azərbaycana qarşı işi məhkəmə qərarlarının icra edilməməsinə görə ərizəçilərin İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) müxtəlif müddətlərə inzibati həbs cəzası verilməsi ilə bağlıdır. Bu şikayətlərdə ərizəçilərin mülki öhdəliklərinə görə azadlıqlarından məhrum edilmələrinin qanunsuzluğu məsələsi qaldırılır.
Ərizəçilər hesab edir ki, azadlıqdan məhrum edilmələri, onların ədalətli məhkəmə araşdırması və borca görə azadlıqdan məhrum etmənin yolverilməzliyi hüququnu pozub.

Ülviyyə Kərimova Azərbaycana qarşı işi də oxşar məzmunludur.

Bu məhkəmə işi Ərizəçinin milli məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 306.1-cı maddəsinə əsasən, məhkəmə qərarının icra edilməməsinə görə iki il müddətinə islah işləri və onun əmək haqqının on faizinin dövlət nəfinə tutulması cinayət cəzasına məhkum olunması ilə bağlıdır. Ərizəçi milli məhkəmələrin barəsindəki qərarlarının onun ədalətli məhkəmə araşdırması hüququna zidd olduğunu iddia edir.

AİHM qeyd edilən şikayətlərin hamısını Kərimov və başqaları Azərbaycana qarşı işinin işığında araşdırır. Həmin işdə də ərizəçilər mülki öhdəlikləri ilə bağlı məhkəmə qərarlarının icra edilməməsi səbəbindən azadlqıdan məhrum edilmişdilər. AİHM Kərimov işində ərizəçilərə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanımış, dövlətin onlara təzminat ödəməsinə qərar verib. 
 
Ləman Qasımova


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol