• $
  • €
  • ₽
  • ₺
  • £

Kamal Abdullanın Təbrizdə romanı çap olundu

Kamal Abdullanın Təbrizdə romanı çap olundu
04.04.2022 22:00
Xalq yazıçısı Kamal Abdullanın "Unutmağa kimsə yox” romanı Təbrizdə çap olunub.

Bu haqda kitabı əski əlifbaya uyğunlaşdıran güneyli soydaşımız, yazıçı-tərcüməçi Elyar Polad  məlumat verib. O, bildirib ki, roman "Həkim Nizami” nəşr evi tərəfindən oxuculara təqdim olunub.

Elyar Polad qeyd edib ki, 2014-cü ildə Kamal Abdullanın "Sehrbazlar dərəsi” 2018-ci ildə isə "Yarımçıq əlyazma” romanları da Təbrizdə işıq üzü görüb.

Qeyd edək ki, "Unutmağa kimsə yox…” romanı 2011-ci ildə Bakıda nəşr edilib. Roman "И некого забыть…” adı ilə 2015-ci ildə Bakıda rus dilində, 2016-cı ildə Moskvada "Художественная литература” nəşriyyatında "Под сенью Карагача” kitabında çap edilib. Əsər yenə həmin ildə Türkiyənin məşhur "Bengü” nəşriyyatında işıq üzü görüb.

Kolumb Hindistanı axtarıb Amerikanı kəşf edən kimi gənc alim naməlum bir çiçəkli yazıda hamının gözlədiyi müharibələrin, padşahların, sərkərdələrin taleyini yox, bir sevgi məktubunu deşifrə edir.

Paralel dünyalar, möhtəşəm ahəng, hadisələrin üfüqi, Çiçəkli yazı… bütün bunlar ilk baxışda sadə bir hadisənin fonunda əsər boyu canlı kimi nəfəs alır.

Bu roman çap olunduqdan sonra Azərbaycan ədəbi mühitində geniş müzakirələrə səbəb olub. Roman haqqında müxtəlif qəzet və internet saytlarda müzakirələr aparılıb. Roman əsasında müəllifin eyniadlı pyesi görkəmli rejissor Vaqif İbrahimoğlu tərəfindən Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib.  

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol