Əli Əliyevin məhkəməsi təxirə düşüb

Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin bu günə təyin olunan məhkəmə prosesi təxirə düşüb,bu barədə anews.az-a vəkil Cavad Cavadov bildirib.
Onun sözlərinə görə məhkəmə prosesi aprelin 22-nə təyin olunub.
"Məlum olmayan səbəbə görə Əli Əliyev məhkəməyə gətirilməyib. Məhkəmədən xahiş etdik ki, onun iştirakı olmadan baxılsın. Məhkəmə isə razılaşmadı. Bu səbəbdən təxirə düşdü - vəkil bildirib.
2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət edilib.
İddiaçıların şikayətlərində bildirilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü açıqlayıb.
Əli Əliyev 5 ay müddətinə həbs edilib.
Aytac Zeynalova
www.anews.az
Son xəbərlər 
Daha çox 























