• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik qazilərin aksiya keçirməsinə münasibət bildirib

Nazirlik qazilərin aksiya keçirməsinə münasibət bildirib
04.04.2022 16:06
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qazilərin aksiya keçirməsinə münasibət bildirib.

Agentlikdən verilən məlumata görə, bu gün bir neçə müharibə iştirakçısı nazirliyə gələrək onları narahat edən məsələləri diqqətə çatdırıblar.

"Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim nazirlikdə diqqət və qayğı ilə yanaşılır: "Bu dəfə də qazilərimizin hər biri nazirlik əməkdaşları tərəfindən diqqətlə dinlənilib. Müraciətləri əlillik, məşğulluq və s. məsələlərlə bağlı idi. Bununla bağlı onlara bildirilib ki, aidiyyəti qurumların təmsil olunduğu komissiya hərbi qulluqçuların əyani müayinə əsasında əlilliyini qiymətləndirir. Ötən dövrdə 2763 qaziyə əlillik və proaktiv qaydada sosial ödənişlər təyin edilib. Müvafiq qanunvericilikdəki meyarlara uyğun olduğu, orqanizmin funksional pozuntuları yarandığı halda əlillik təyinatı aparıldığı qazilərimizin diqqətinə çatdırılıb. Həmçinin e-sistemə barəsində göndəriş və şəhadətnamə daxil edilmiş hər bir qazinin əyani müayinəyə çağırıldığı və bu sahədə heç bir şəxsin diqqətdən kənarda qalmadığı vurğulanıb. Qəbul zamanı müharibə iştirakçılarının məşğulluq, sığorta ödənişi ilə bağlı müraciətləri ilə bağlı da onlara izahatlar verilib".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol