Jurnalistin həyat yoldaşı aksiya keçirdi - "İşgəncəyə son"

Həbsdə olan jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova bu gün, aprelin 4-də etiraz aksiyası keçirib.
Bakıda Penitensiar Xidmətin binası qarşısında aksiya keçirən jurnalist xanımı "İşgəncəyə son!” şüarı səsləndirib.
Gülmirə Aslanova bildirib ki, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Polad Aslanovu kamera yoldaşının fiziki zorakılığına məruz qalıb. O cəzaçəkmə müəssisəsində işgəncəyə son qoyulmasını tələb edib.
"Polad Aslanov mənimlə görüşdüyü zaman onun üzü şişmişdi, üzündə və boğazında dırnaq izləri var idi. Həyat yoldaşım dedi ki, onu kamera yoldaşı döyüb. Cəzaçəkmə müəssisəsinin rəisi bildirdi ki, belə bir hadisə olub, Poladın günahı olmayıb, həmin məhbusu cərimə təcridxanasına salıblar. Həyat yoldaşına qarşı fiziki təzyiqlər qəsdən edilir.”, - Aslanova əlavə edib.
Penitensiar Xidmətin əməkdaşları Aslanovanı qəbul etmək üçün binaya dəvət ediblər. Gülmirə Aslanova qəbuldan imtina edib.
"Bütün rəsmi qurumlara, o cümlədən ombudsmana müraciət etmişəm. Lakin, nəticəsi yoxdur,” - o deyib.
Penitensiar Xidmətdən məsələ ilə bağlə rəy almaq istəsək də, zənglərimizə cavab verən olmadı.
2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.
DTX-nın yaydığı rəsmi açıqlamada qeyd olunub ki, Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə, qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.Bundan başqa Polad Aslanov Azərbaycanda olan bəzi jurnalistləri də xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etməkdə suçlanır. İttihama görə, həmin jurnalistlərdən biri bununla razılaşmadığı üçün Polad Aslanov tərəfindən hədələnib. Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda) maddəsi ilə də təqsirləndirilir.
Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.
www.anews.az

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər 
Daha çox 