Moskvada bina Azərbaycan bayrağının rənglərinə boyanacaq

Rusiya paytaxtı Moskvanın mərkəzi Arbat küçəsində binalardan biri Azərbaycanın üçrəngli bayrağının rənglərinə boyanacaq.
Belə qərar Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Moskva şəhər rəhbərliyi tərəfindən qəbul edilib.
İşıqlandırma Yeni Arbatdakı kitab evində olacaq. Binanın bir tərəfində "Rusiya – bayraq – diplomatik münasibətlərin 30 ili”, digər tərəfində isə "Azərbaycan – bayraq – diplomatik münasibətlərin 30 ili” yazısı proyeksiya ediləcək.
www.anews.az
Son xəbərlər 
Daha çox 























