Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşına yeni vəzifə verilib

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əməkdaşı Nigar Əhmədova işdən çıxıb.
O, bundan sonra əmək fəaliyyətini Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsində davam etdirəcək.
Nigar Əhmədova 1986-cı ildə Bakıda anadan olub. O, 2004-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində "Menecment" ixtisası üzrə bakalavr, 2009-2012-ci illərdə isə "Strateji İdarəetmə" ixtisası üzrə magistr təhsili alıb.
www.anews.az
























