Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada infeksiyaya 85 yeni yoluxma faktı qeydə alınıb.
Koronavirusa yoluxmuş 69 nəfər sağalıb, 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 829 988 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 310 nəfər müalicə olunaraq sağalıb, hazırda 456 aktiv xəstə var. Bu günə qədər 10 189 nəfər vəfat edib.
Eyni zamanda ölkədə son sutka ərzində 828 nəfər vaksinasiya olunub.
www.anews.az
























