• $
  • €
  • ₽
  • ₺
  • £

İranın 5, Belarusun isə 4 şirkətinin Azərbaycana məhsul gətirməsinə qadağa qoyulub

İranın 5, Belarusun isə 4 şirkətinin Azərbaycana məhsul gətirməsinə qadağa qoyulub
04.04.2023 17:06
İranın 5, Belarusun isə 4 şirkətinin Azərbaycana məhsul gətirməsinə qadağa qoyulub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Agentliyin əməkdaşları İrandan idxal olunan portağal və Belarusdan gətirilən ərzaqlıq kartof məhsullarına fitosanitar baxış keçirib. Götürülən nümunələr Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Aparılmış ekspertiza nəticələrinə əsasən İrandan idxal olunan portağal məhsullarında 63 halda sitrus tristeza virusu, Belarusdan idxal edilən ərzaqlıq kartof məhsullarında isə 44 halda kartof yumrularında halqavari bakterial çürümə və 1 halda kartofun qonur çürümə bakteriyası aşkar edilib.

İrandan olan ixracatçılara məxsus portağal məhsullarında aşkarlanan uyğunsuzluqlardan 20-si "Tejarat Rejal Zagros”, 15-i "Grohe Bazargani Rangin Miveh Khavarmiane”, 5-i "Armin Tejarat Tabriz”, 4-ü "Fajr Tandis Ourasia” və 4-ü "Shirin Noosh Tejarat” şirkətlərinin payına düşüb.

Belarus ixracatçılarına məxsus ərzaqlıq kartof məhsullarında aşkar olunan uyğunsuzluqlardan isə 14-ü "Совхоз Доброволец", 5-i "Восход", 3-ü "Царево”, 3-ü isə "Машпищепрод" şirkətlərinə aid olub.

Faktlarla əlaqədar AQTA tərəfindən İranın Milli Bitki Mühafizəsi Təşkilatına və Belarusun Kənd Təsərrüfatı və Qida Nazirliyinə bildirişlər göndərilərək baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib.

Agentlik İran və Belarusun adıçəkilən ixracatçılarının Azərbaycana məhsul idxalına aprelin 5-dən müvəqqəti qadağa qoyulması qərarını alıb.

Bir müddət əvvəl AQTA ölkəyə idxal olunan bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı sahibkarlara xəbərdarlıq edib. Bildirilib ki, karantin tətbiq edilən zərərvericilərlə sirayətlənmiş məhsulların idxalını təkrar həyata keçirən şirkətlər və həmin şirkətləri sözügedən məhsullarla təmin edən xarici şirkətlərin bu kimi fəaliyyətləri ölkəmizdə bitki sağlamlığının təmin olunması üçün ciddi təhlükə yaradır. Agentlik bu kimi hallar aşkar olunduğu təqdirdə, həmin ölkələrdən bu məhsulların idxalına bötüvlükdə müvəqqəti məhdudiyyət tətbiq ediləcəyi ilə bağlı bir daha xəbərdarlıq edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol