• $
  • €
  • ₽
  • ₺
  • £

Mətbuat xidmətləri fors-major hallarda cavab vermir - Jurnalistlərin sorğu nəticələri

Mətbuat xidmətləri fors-major hallarda cavab vermir - Jurnalistlərin sorğu nəticələri
19.06.2023 14:50
Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu nəticələrinə görə jurnalistlərin 56%-i mətbuat xidmətlərinin fors-major hallara və böhranlı vəziyyətlərə uğurla cavab vermir. 34,4%-i uğurla cavab verdiyini, 9,6%-i isə suala cavab verməkdə çəkinlik çəkib. Bu barədə qurumun açıqladığı son sorğuda qeyd olunub. 
 
Sorğu ümumilikdə 384 nəfər arasında keçirilib. 
 
KİV mənsublarının narazı salan məqamları aydınlaşdırmaq üçün onlara bu istiqamətdə sual ünvanlanıb. "Mətbuat xidmətlərinin fəaliyyətində sizi narazı salan əsas nüanslar hansılardır?” sualına verilən cavablara əsasən, medianın sorğularına gec reaksiya verilməsi məsələsi, rəhbərliyin təsdiqini gözləmək əsası ilə sorğuların cavablandırılmaması, jurnalistlər arasında ayrı-seçkilik edilməsi məsələləri sorğuda önə çıxan əsas problemlər kimi müəyyən olunub.
 
 
Sorğuda iştirak edən media mənsublarının 51,6%-i kişi,  48,4%-i qadın olub.


İştirakçıların 19.3%-i 18-24, 38.5%-i 25-34, 25.5%-i 35-44, 13.3%-i 45-54, 2.6%-i 55-64 yaş aralığında olub. Onların 0.5%-i 65 və yuxarı yaş qrupunu təmsil edib, 0.3%-i yaşını bildirməkdən imtina edib.


Sorğuda iştirak edən mətbuat işçilərinin 97.7%-i ali təhsilli, 1.3%-i texniki və ya peşə təhsilli, 0,8%-i isə orta təhsilli olduğunu bildirib.


Sorğuda iştirak edənlərin 90.9%-i Bakı, 6.5%-i Abşeron-Xızı, 2.6%-i digər regionlarda yaşadığını qeyd edib.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol