Satınalmalarla bağlı qanuna dəyişiklik bizim səlahiyyətlərimizi artıracaq - Məmməd Abbasbəyli

"Dövlət satınalmaları haqqında” qanuna yeni dəyişiliklərlə İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri artırılacaq. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
" Satınalmarla bağlı 26 dövlət qurumuna müraciət olunub. 17 qurumdan təkliflər almışıq. Şəffaflıq tələblərini, sui-istifadə hallarının azalmasının vacibliyini nəzərə alan yeni qanun hazırlamışıq. Qanun 59 maddədən ibarətdir və qanunun strukturu dəyişib. Dəyişiliklərdən sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri artırılacaq", - iyunun 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
Qurumun rəisi vurğulayıb ki, dövlət satınalmalarına nəzarət çərçivəsində böyük problemlər var.
Gülnar Nazimıqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 























