• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Qasımov həbs edilib-YENİLƏNİB

Fazil Qasımov həbs edilib-YENİLƏNİB
08.08.2023 16:58
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Fazil Qasımov barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
 
"Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, ona qarşı Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Bildirilir ki, iqtisadçı Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilərək cinayət məsuliyyətinə cəl edilmişdi.

 ***** 
 
Araşdırmaçı, iqtisadçı, gənc alim Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Bu barədə Time.tv məlumat yayıb.
 
Daxili İşlər Nazirliyi (DİN) iqtisadçının saxlanılması faktının "Qafqazinfo"ya təsdiqləyiblər.

Time.tv saxlanılmanın səbəbini Qubad İbadoğlunun işi ilə əlaqəli olduğunu açıqlayıb.  

İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Hazırda Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
 
Bakı Apellyasiya Məhkəməsi 2023-cü il avqustun 7-də İbadoğlunun ev dustaqlığı ilə bağlı vəsaiti təmin edilməyib.
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 

Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Cəmiyyət 15:42
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 15:35
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Cəmiyyət 15:05
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox