Britaniya Azərbaycan ərazilərində minaların təmizlənməsinə maliyyə yardımı ayırıb

Birləşmiş Krallıq hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 min funt sterlinq ayırıb. Bu barədə Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld "X" hesabında məlumat yayıb.
Bildirilir ki, bu vəsait Azərbaycanın Minatəmizləmə Agentliyi və BMT-nin Azərbaycandakı İnkişaf Proqramı ilə tərəfdaşlıq çərçivəsində mina təmizləmə sahəsində Azərbaycanın potensialının artırılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.
Daha əvvəl Birləşmiş Krallıq İkinci Qarabağ müharibəsindən sonra BMT İnkişaf Proqramının həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500 000 funt sterlinq məbləğində maliyyə ayırıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib

Cəmiyyət 15:35
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq

Cəmiyyət 15:05
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib





















