• $
  • €
  • ₽
  • ₺
  • £

Altı ayda Aqrar Sığorta Fondu 260 min manat sığorta ödənişi edib

Altı ayda Aqrar Sığorta Fondu 260 min manat sığorta ödənişi edib
08.08.2023 12:07
2023-cü ilin yanvar-iyununda Aqrar Sığorta Fondu 260 min manat sığorta ödənişi edib.  Bu barədə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib.
 
O bildirib ki, aqrar sığorta haqqının 50%-in fermerlərə dəstək üçün dövlət özü ödəyir.
 
"Havaların qeyri-sabit keçməsi, leysan yağışları, sel və daşqınlar səbəbindən 2023-cü ildə sığorta hadisələri ötən ilə nisbətən kəskin artıb. İndiyədək sığortalanmış 420 min hektar əkin sahələrinin 135 min hektarına müxtəlif dərəcələrdə ziyan dəyib. Başqa sözlə, 120-130 miyon manatlıq məhsulu olan əkin sahələri tam və ya qismən zərər edib. Hazırda bu zərərlər bizim ekspertlər tərəfindən qiymətləndirilir. Qiymətləndirmə işləri tamamlanandan sonra, növbəti həftələrdə bu sahədə fermerlərimizə ödənişlərin edilməsinə başlanacaqdır və zərər çəkmiş bütün fermerlər təzminatlarını alacaqlar'',- sədr Göyçayda "Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbirində deyib.
 
2022-ci ildə Mərkəzi Aran Regionunda fermer və təsərrüfatlara 350 min manata yaxın sığorta ödənişi edilib.

Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i, sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.

Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən,  Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bura buğda, arpa, qarğıdalı,kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm,  qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı daxildir.
 
Aqrar Sığorta Fondunun çağrı mərkəzinin əlaqə nömrəsi 1651-dir .
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Cəmiyyət 15:42
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 15:35
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Cəmiyyət 15:05
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox